“Uber” taksi şirkəti sürücülərin və müştərilərin şəxsi məlumatlarını açıqlaması ilə bağlı iddialarını təmin etmək üçün 148 milyon dollar təzminat ödəməyə razılıq verib.
FED.az xəbər verir ki, bu barədə "Amerikanın səsi" məlumat yayıb. ABŞ-ın müxtəlif ştatlarında və Kolumbiya dairəsində qaldırılan iddialara görə, Uber sürücüləri xəbərdar etmək əvəzinə bu məsələni bir ildən çox gizlədərək məlumatların yanlış istifadə olunmaması üçün pul ödədiyi bildirilib.
İllinoisdən baş prokuror olan Lisa Madiqan deyir ki, “Uberin əvvəlki rəhbərliyi bu məsələni həll edə bilməyib və aşkar olunana qədər, bir ildən artıq müddətdə bu məsələni danıb. Yeni rəhbərlik bu məsələni aktuallaşdırıb və həll etməyə çalışır.”
Qeyd eədk ki, 2016-cı ilin noyabr ayında Uber şirkəti hakerlərin təxminən 6 yüz min sürücüsünün şəxsi məlumatlarını, o cümlədən onların sürücülük vəsiqəsi nömrələrini əldə etdiyini aşkar edib. Hakerlər bütün dünya üzrə 57 milyon sürücünün email ünvanları və mobil telefon nömrələrini əldə edib.
Məlumata görə, hər bir ştat sürücülərinin sayından asılı olaraq məsələ həll olunduqdan sonra təzminatın bir hissəsini alacaq. Bir çox ştatlarda hər bir Uber sürücüsünün təxminən 100 dollar alacağı təxmin edilir.
Hakerlər Uber-i 148 milyon dollar ziyana salıb
22:24
27 Sen 2018