Gürcüstan hökuməti koronavirusun yayılması səbəbindən İrana gediş-gəlişi məhdudlaşdırmaq qərarına gəlib.
FED.az-ın məlumatına görə, bunu Gürcüstanın Səhiyyə naziri Yekaterina Tikaridze çərşənbə günü keçirdiyi brifinq zamanı açıqlayıb.
“Gürcüstanın Baş Naziri ilə görüşdə qərər qəbul olundu: bizim İranla sərhədimiz yoxdur, lakin iki həftə ərzində İran vətəndaşları üçün gediş-gəliş məhdudlaşdırılacaq. Gediş-gəliş, həmçinin İrandan gələn Gürcüstan vətəndaşları üçün də məhdudlaşdırılıb”, - Tikaridze deyib.
Qeyd edək ki, ötən gün Gürcüstanda koronavirusa ilk yoluxma faktı qeydə alınıb. Həmin şəxs - bu günlərdə İrandan qayıdan 50 yaşlı Gürcüstan vətəndaşıdır. O, Gürcüstana Azərbaycandan keçib.
Xatırladaq ki, daha əvvəl Gürcüstan hava nəqliyyatı ilə İran və Çindən sərnişin axınını müvəqqəti dayandırdığını açıqlamışdı.
qafqazinfo