Ötən gündən başlayan güclü külək Qəbələ rayonunda da fəsadlara səbəb olub.
FED.az xəbər verir ki, külək Qəbələdə çoxlu sayda ağacın qırılmasına, dam örtüklərinin uçmasına səbəb olub. Elektrik dirəkləri aşıb, elektrik naqillərinə ciddi ziyan dəyib, rayonda enerjinin verilməsində fasilələr yaranıb.
Güclü külək nəticəsində Qəbələdə yeni inşa olunmuş evin dam örtüyü uçaraq magistral yola düşüb.
Bundan başqa, bir neçə ticarət obyektində, eləcə də evlərdə fəsadlar yaranıb, dam örtükləri uçub. Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər aparırlar (Apa).