Göyçay rayonunda kütləvi zəhərlənmə hadisəsi olub.
Eləcə də bax: Milli Məclis “Qida təhlükəsizliyi haqqında” qanun layihəsini - QƏBUL ETDİ
FED.az xəbər verir ki, ötən gecə Göyçay şəhərindəki "Zeynəb" restoranında təşkil olunan iftar süfrəsində iştirak edən rayon sakinlərindən 10 nəfəri məclisdən sonra özlərini pis hiss ediblər. Pomidor turşusundan zəhərləndiyi ehtimal olunan həmin şəxslər Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlar ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıblar.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (Apa)