Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları tərəfindən sərhəddə 1 milyona yaxın fişəng aşkar edilib.
FED.az DGK-a istinadən xəbər verir ki, Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində "Mercedes-Benz 408" markalı yük avtomobilinin arxa yük yerində Azərbaycan vətəndaşına məxsus müxtəlif markalı 912989 ədəd pirotexniki vasitələr aşkar edilib.
Eləcə də bax: Gömrük Komitəsi gücləndirimiş iş rejiminə keçəcək
Faktla bağlı araşdırma aparılır.

