Gömrük nəzarətindən gizlədilən 10 kiloqram balıq kürüsü aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib ki, Rusiya istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz 1844 LS” markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. Yoxlama zamanı yük-nəqliyyat vasitəsində yataq üçün nəzərdə tutulan döşəyin alt hissəsindən 20 ədəd plastik qabda, qabları ilə birlikdə ümumi çəkisi 10 kiloqram olan qara rəngli balıq kürüsü aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.