Neft Daşlarında intihar hadisəsi baş verib.
FED.az xəbər verir ki, SOCAR-ın yaydığı məlumata görə, iyulun 9-da təqribən səhər saat 8.15 radələrində Neft Daşlarında Geofizika-Geologiya idarəsinin Neft Daşları mədən geofizika ekspedisiyası nəzarət-interpretasiya dəstəsinin rəisi (geoloq) 1961-ci il təvəllüdlü Vəliyev Məmməd Şəmistan oğlu naməlum səbəblərdən özünü 9 mərtəbəli yataqxananın 9-cu mərtəbəsindəki otağından atmış, nəticədə dünyasını dəyişmişdir.Hadisə ilə bağlı təcili olaraq müvafiq orqanlara məlumat verilmişdir, araşdırma işləri aparılır.
Geoloq Neft Daşlarında intihar edib

15:28
9 İyul 2017