Gəncə şəhərində partlayış zamanı yaralının dağıntılar altından çıxarılmasının görüntüləri yayılıb.
FED.az xəbər verir ki, bu barədə videonu Fövqəladə Hallar Nazirliyi yayıb.
ELƏCƏ DƏ BAX: Gəncədə partlayışda ölən və xəsarət alanların - ADLARI AÇIQLANDI (YENİLƏNİB)
Xilas edilən şəxs 1997-ci il təvəllüdlü Məmmədli Orxan Oktay oğludur. O, xilas edilərkən hərbi formada olub. Yaralını Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasına yerləşdiriblər. Vəziyyəti stabil ağırdır.
Qeyd edək ki, qaz sızması nəticəsində dördmərtəbəli binanın bir hissəsi uçub və dağıntılar altından 1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun meyiti çıxarılıb.
Axtarış işlərinin sürətləndirilməsi üçün əlavə olaraq Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və kinoloji qrupu xüsusi təlim keçmiş itlərlə Aviasiya dəstəsinin helikopteri ilə Bakıdan Gəncə şəhərinə gətirilib.