Hadisə

Gəncədə mebel sexi yanıb - FOTO

Gəncədə mebel sexi yanıb - FOTO | FED.az
08:19 4 Noy 2019

Gəncədə fəaliyyət göstərən mebel sexində yanğın olub.

FED.az xəbər verir ki, Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Ş.İ.Xətai prospektində qeydə alınıb.

Eləcə də bax: "Binə" ticarət mərkəzi yanır - FOTO

İlkin məlumatlara əsasən, hadisə nəticəsində 180 kvm ərazidə mebel dəstləri, taxta konstruksiyalar və müxtəlif cihazlar yanıb. Alovun qarşısını almaq üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Kəpəz və Nizami rayon Yanğından mühafizə idarəsinin 4 yanğın söndürən maşını və 30-a yaxın canlı qüvvəsi cəlb olunub.

Müdaxilə nəticəsində alovun digər tikililərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.

Digər xəbərlər