Dələduzluqda şübhəli bilinən Goranboy rayon sakini Ə.Əzizov saxlanılıb.
FED.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 21-də və 26-da rayon sakinləri olan 2 nəfərin bank kartlarından ümumilikdə 366 manatlarını çıxararaq oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakini Ə.Əzizov saxlanılıb.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 21-dən martın 25-dək olan müddətdə 4 nəfərə qarşı dələduzluq etməsi də müəyyən edilib.
Eləcə də bax: Azərbaycan Sənayə Sığorta şirkətinin sabiq müdirinin məhkəməsi olub
Gəncədə bank kartlarından pul oğurlayan şəxs tutulub
12:21
29 Aprel 2019