“Bu gün saat 11:16 radələrində Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda yanğın baş verməsi haqqında Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub”.
SOCAR-ın Etilen-Polietilen zavodunda yanğın baş verib - Bir nəfər yaralanıb
FED.az xəbər verir ki, bunu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Rza Xudiyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda yanan kürə tipli neft çənidir: “Həcmi 600 litrdir".
“Kürənin üst hissəsində nəfəsalma klapanları var. Həmin klapanlar da benzindir. Benzin məhsulunun parları çıxaraq alışır. Hazırda çənin içərisində 60 faiz məhlul var. Mütəxəssislər tərəfindən neftin çəkilməsi prosesi gedir. Çəkilmə prosesi isə saatda 25 tona bərabərdir. Bu proses təxminən 6-7 saat çəkəcək. Tərəfimizdən yanan çənin və qonşu çənlərin soyudulması həyata keçirilir. Yanğın ərazisində 25 əsas və xüsusi texnika fəaliyyət göstərir. 100-dən çox şəxsi heyət yanğının söndürülməsinə cəlb edilib”, - FHN rəsmisi vurğulayıb. (Report)