Məlumat verildiyi kimi, bu gün səhər saatlarında Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 5 ünvanında yerləşən bazar ərazisində baş vermiş yanğın FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Mərkəzi Bank: Daşınmaz əmlakın icbari sığortası vətəndaşların hüquqlarına zidd deyil
FHN-dən FED.az-a verilən xəbərə görə, yanğın nəticəsində ümumi sahəsi 4000m² olan 174 mağazadan ibarət bazar ərazisində 26 ədəd geyim, xırdavat və təsərrüfat malları magazalarının yanar konstruksiyaları 800m² sahədə və içərisində olan əşyalar yanıb. Bazar ərazisində olan digər bitişik mağaza və obyektlər yanğından mühafizə olunub.
Yanğınla mübarizə tədbirlərində DYMX-nin Bərdə, Yevlax, Tərtər, Ağdam, Ağcabədi,Naftalan rayonlarının Yanğından Mühafizə hissələri və Mingəçevir şəhər Yanğından Mühafizə Dəstəsinin ümumilikdə 11 texnikası və 65 nəfər canlı qüvvəsi iştirak edib.
Hadisə ilə əlaqədar araşdırma aparılır.
***
06:03
Bərdə şəhərində yerləşən “Köhnə bazar” adlanan ərazidə baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bərdə şəhərində yerləşən “Köhnə bazar” adlanan ərazidə baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğınsöndürənlərin fədakarlığı sayəsində yanğının mürəkkəbliyinə baxmayaraq, geniş sahəyə yayılaraq böyük fəsadların yaranmasına imkan verilməyib.
***
Saat 05:53
Bərdədə “Köhnə bazar” adlanan ərazidə yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirliyin “112” qaynar telefon xəttinə Bərdə şəhərində yerləşən “Köhnə bazar” adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.