“Yeni Yasamal” Mənzil-Tikinti Kooperativinin sədri Cahangir Alışov və onun səlahiyyətli nümayəndəsi, hüquqşünas Habil Fətəliyevin cinayət işi üzrə məhkəmə başlayır.
FED.az-ın məlumatına görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun icraatında araşdırılacaq.
ELƏCƏ DƏ BAX: Yeni Yasamaldakı tikinti şirkətinə - CİNAYƏT İŞİ AÇILIB
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, istintaq zamanı “Yeni Yasamal” MTK-nın sədri C. Alışovun səlahiyyətli nümayəndəsi, hüquqşünas kimi fəaliyyət göstərməklə faktiki olaraq mənzillərin satışını həyata keçirən H. Fətəliyev və qeyriləri ilə əlbir olub cinayət əlaqəsinə girərək, qulluq mövqeyindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə, paytaxtın Yasamal rayonunda inşa olunan binadan dəyəri ödənilmiş 33 mənzili yenidən 37 nəfərə sataraq 1 milyon 644 min manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Cinayət işində 198 zərərçəkmiş var.
C. Alışovun oğlu Samir Alışov və şirkətin əməkdaşı Elçin Əsədov da eyni əmələ görə həbs edilib. Hazırda onların Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəməsi davam etdirilir.
Eyni mənzilləri müxtəlif şəxslərə satıb – MƏHKƏMƏSİ BAŞLAYLR
20:41
11 Yan 2019