Mehdiabadda olan mənzilini satıb, Xocahəsəndən ev almaq istəyirdi... İndi nə evi var, nə də pulunu ala bilir...
FED.az-ın xəbərinə görə, Bərdə sakini Fərid Bəhramzadə iddia edir ki, onu ən yaxın dostu Lənkəran rayonu Şıxakəran kənd sakini Naib Babayev aldadıb.
Şikayətçinin sözlərinə görə əvvəllər başqa yerdə işləsədə dostunun təkidilə iş yerini dəyişib. İşdə başlayan dostluqları zamanla ailəvi dostluğa çevrilib.
Ötən ildən xaricə gedən Naib Babayevdən xəbər ala bilmədiyi üçün, pulunu geri ala bilmir .
Hadisədə adı hallanan Lənkəran rayonu Şıxakəran kənd sakini Naib Babayevin evinə yollandıq. Atası ilə həmsöhbət olduq. Üzünün görünməyini istəməyən Şaiq Babayev deyilənləri təkzib edib, oğlunun heç kimə borcunun olmadığını dedi. Hazırda isə övladının ölkə xaricində olduğunu qeyd edib.
Fərid Bəhramzadə məsələ ilə bağlı yaxın günlərdə hüquq-mühafizə orqanlarına müraciət edəcək (Xezerxeber.az).