Fövqəladə Hallar Nazirliyi Sumqayıtda Etilen-Polietilen zavodunda baş verən yanğınla bağlı məlumat yayıb.
Eləcə də bax: «Sobsan Boya» fabrikinə yanğından - 20 MİLYON MANAT ZƏRƏR DƏYİB
FED.az xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində SOCAR-ın “Azərkimya” İB-nın Etilen-Polietilen zavodunda yanğın olması barədə məlumat daxil olub.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
***
saat 12:49
SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt Etilen-polietilen zavodunda yanğın baş verib.
FED.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.
Görülmüş tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğının məhdudlaşdırılması həyata keçirilir.
Yanğının tam söndürülməsi istiqamətində işlər aparılır.
Məlumata görə, yanğında səkkiz nəfər xəsarət alıb. (Apa)