Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndlərini 120 millimetrlik minaatanlardan və D-30 topundan atəşə tutub.
Eləcə də bax: Ermənistan Naxçıvan istiqamətində də - ATƏŞKƏSİ POZUB
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı FED.az-a bildirib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib.
Düşmənin bütün təxribatlarına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülür.