“Təlim günü küləyin sürəti, hava məlumatları öyrənilmişdir. İstintaq sənədləri də göstərir ki, həmin gün ərazidə küləyin sürəti saniyədə 16-17 metr təşkil edib. Küləyin sürəti qadağan edici həcmdə olmayıb”.
Eləcə də bax: Helikopter qəzasının ilkin səbəbi açıqlandı - RƏSMİ AÇIQLAMA
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini, helikopter qəzası ilə bağlı yaradılan İstintaq qrupunun rəhbəri, ədliyyə müşaviri Sənan Paşayev bu gün "Noyabrın 30-da hərbi helikopterin təlim uçuşları zamanı qəzaya uğraması faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə əldə olunmuş ilkin nəticələrə dair” keçirilən brifinqdə deyib.
O qeyd edib ki, helikopterin marşrutu üzrə hərəkətində qanun pozuntusu aşkar olunmayıb: “Pilotlar küləyə qarşı eniş etməli idilər. Pilotlar enmə əməliyyatını istehsalçı zavodun təlimatlarına əsasən aparmayıb. Belə ki, pilotlar küləyin axını istiqamətində olan zaman enmə əməliyyatı hərəkətə keçirdikləri üçün qəza baş verib. Enmə əməliyyatı başqa istiqamətdə olsaydı bu hadisə baş verməyəcəkdi”.