Əmanətlərin Sığortalanması Fondunun baş mühasibi vəzifəsində işləmiş Əliyeva Nərgiz Teymur qızı barəsində cinayət işi açılıb.
FED.az xəbər verir ki, N.Əliyeva vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilir.
İttihama görə, o, fonda ayrılan vəsaitlərin istifadəsi zamanı qanun pozuntusuna yol verib.
Qeyd edək ki, Əliyeva Nərgiz Fondun keçmiş mühasibi olub və artıq 1 ildir ki, fondda çalışmır.