Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 500-ə çatıb.
FED.az xəbər verir ki, bu barədə ölkənin yerli mediası məlumat yayıb.
Yaralıların sayının min nəfəri keçdiyi vurğulanıb.
***
Əfqanıstanın Nanqarhar vilayətinin mərkəzi rayonu Cəlalabad yaxınlığında baş vermiş 6 bal gücündə zəlzələ azı 250 nəfərin həyatına son qoyub.
ABŞ Geoloji Xidməti 6 bal gücündə zəlzələnin ölkənin Pakistanla sərhədi yaxınlığında baş verdiyini açıqlayıb.
Cəlalabaddan 27 kilometr şimal-şərqdə baş vermiş zəlzələ yerin 8 kilometr dərinliyində qeydə alınıb.
Yerli mətbuat zəlzələ nəticəsində azı 250 nəfərin öldüyünü, 500-dən çox insanın yaralandığını açıqlayıb.
***
Əfqanıstanın şərqində baş vermiş zəlzələ nəticəsində iki nəfər ölüb, ən azı 15 nəfər yaralanıb.
FED.az xəbər verir ki, bu haqda “Agence France-Presse” məlumat yayıb.
"Əfqanıstanın şərqində baş vermiş 6,0 bal gücündə zəlzələ zamanı binanın uçması nəticəsində iki uşaq ölüb, azı 15 nəfər yaralanıb", - məlumatda deyilir.
Qeyd edək ki, Əfqanıstanın Cəlalabad şəhərindən 57 kilometr şimal-şərqdə, yerin 35 kilometr dərinliyində 6,2 maqnitudalı zəlzələ baş verib. (Apa)