Birləşmiş Ərəb Əmirliklərində dünyanın ən böyük ticarət mərkəzi – “Dubai Mall”u su basıb.
FED.az məlumat verir ki, bu barədə “Mirror” nəşri xəbər verib.
Eləcə də bax: “Binə” ticarət mərkəzi su altında qaldı - FOTO
Buna səbəb bölgəyə yağan leysan yağışları olub. Yağış suları binanın damını deşib və içəriyə dolub. Nəticədə mərkəzin çıxışlarından biri bağlanıb. Fövqəladə vəziyyət ziyarətçiləri qorxutmayıb. Turistlər ticarət mərkəzində alış-verişlərinə davam edib.
Binada leysan yağışlarının fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, “Dubai Mall” 1,2 milyon kv.m.-dan böyük ərazini tutur.