Dünya Bankının Türkiyə üzrə direktoru Humberto Lopez Türkiyədə Kahramanmaraşda baş vermiş zəlzələlərin vurduğu fiziki ziyanla bağlı açıqlama verib.
Yüzlərlə insanın məzarına çevrilən bina ilə bağlı belə vəd veribmişlər - VİDEO
FED.az xəbər verir ki, Humberto Lopez ardıcıl iki zəlzələnin təxminən 34,2 milyard dollarlıq fiziki ziyana səbəb olduğunu bildirib. Bu da Türkiyənin 2021-ci ildə ÜDM-nin 4%-nə bərabərdir.
Qlobal Sürətli Fəlakətdən sonra Zərər Proqnozu (GRADE) hesabatı haqqında ətraflı məlumat verən Lopez, araşdırmada zəlzələlər zamanı infrastruktura, özəl sektora və ictimai binalara dəyən zərərin ölçüldüyünü bildirib.
“Hazırda Hataydakı binaların 40%-i dağılıb” deyən Lopez, 34,2 milyard dollarlıq ümumi zərərin təxminən yarısının Kahramanmaraş və Hatayın payına düşdüyünü bildirib. (Marja)