Dünən Xırdalanda fərdi yaşayış evində baş verən partlayışda ölən şəxs 33 yaşlı qadındır.
Eləcə də bax: Partlayışda xəsarət alanların adları - SİYAHI
FED.az xəbər verir ki, dağıntılar altından 1988-cu il təvəllüdlü Aytən Musayevanın cəsədi tapılıb.
Onun digər ailə üzvləri - əri Vüsal Musayev və 12 yaşlı oğlu Firudin sağ çıxarılaraq xəstəxanaya yerləşdirilib. Hazırda A.Musayevanın digər azyaşlı qızının axtarışları davam etdirilir.
Qeyd edək ki, dağıntılar altından 6 nəfər çıxarılıb. (Qafqazinfo)