Birləşmiş Ərəb Əmirliklərinin "Noor Capital" şirkəti ötən həftə Venesuela Mərkəzi Bankından 3 ton qızıl aldığını, lakin bu Latın Amerikası ölkəsində siyasi böhran öz həllini tapana qədər daha almayacağını bəyana edib.
Eləcə də bax: Xaricdəki qızıl ehtiyatını Venesuelaya vermədilər
FED.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bəyanat şirkətin "Twitter" mikrobloqunda yerləşdirilib.
"Noor Capital" hansısa qanunsuz və ya qadağan olunmuş sövdələşmədə iştirak etmir. 21 yanvar 2019-cu il tarixində "Noor Capital" beynəlxalq standartlar və qüvvədə olan yerli qanunlara müvafiq olaraq Venesuela Mərkəzi Bankından 3 tona yaxın qızıl alıb. Ondan sonra sövdələşmə olmayıb", - deyə məlumatda bildirilir.
Daha əvvəl Venesuela Mərkəzi Bankının yaxın günlərdə BƏƏ-yə 15 tona yaxın qızıl satmağı planlaşdırdığı xəbər verilmişdi. Həmin məlumata görə, Venesuela yaxın günlərdə BƏƏ-yə 15 ton, ümumilikdə 29 ton qızıl satmaq niyyətindədir.
Həmsöhbət həmçinin bildirib ki, ölkə, yanvarın 26-da ehtiyatda olan qzıldan artıq 3 tonunu satmağa macal tapıb.
Ötən il isə Venesuela Türkiyə və BƏƏ-də təmizlənməmiş qızıldan 900 milyon dollara yaxın vəsait əldə edib (report.az).
Dubay şirkəti Venesueladan 3 ton qızıl alıb
08:55
2 Fev 2019