Gömrük əməkdaşları ölkəyə qanunsuz gətirildiyi bildirilən 500 karatdan artıq brilyant aşkar ediblər.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yükünə rentgen qurğusunda baxış keçirilib.
Gömrük nəzarəti zamanı monitorda şübhəli cizgilər göründüyündən vətəndaşın əl yükləri ayrıca yoxlanılıb.
Gömrük yoxlaması zamanı vətəndaşa məxsus çantanın astarının altından, ümumilikdə 547.7 karat brilyant qaşlar aşkar olunub.