Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən dönərxanada yanğınla müşayiət olunan partlayış baş verib və yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
FED.az FHN-ə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar olaraq Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılan araşdırmalar zamanı, partlayışın ilkin ehtimala görə dönərxananın yaxınlığından keçən yeraltı qaz kəmərindən obyektə qaz sızması nəticəsində baş verdiyi müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
TƏBİB-dən bildirilib ki, dekabrın 7-də saat 09:36 radələrində Ağcabədi rayonunda baş vermiş partlayış zamanı xəsarət alan 1991-ci il və 1999-cu il təvəllüdlü 2 nəfər ( kişi cinsli) təcili tibbi yardım vasitəsilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Onlara üz nahiyyəsinin, gövdənin və yuxarı aşağı ətrafın II-III dərəcəli termiki yanığı və üz nahiyyəsinin, sol və sağ əlin I-II dərəcəli termiki yanığı diaqnozu qoyulub. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir. (Apa)