Yanğın nəticəsində məhv olmuş «Diqlas» TM-in idarəçisi Araz Rəhimov burada malları batan sahibkarlarla görüşüb. FED.az-ın məlumatına görə, A.Rəhimov bildirib ki, əməliyyat etdirmək üçün xaricə gedibmiş, hadisəyə görə geri qayıdıb. Onun sözlərinə görə, «Diqlas» TM işı düşəndən burada çalışır, və buranı idarə edir. «Diqlas» bir neçə ildə bunan əvvəl iki yerə bölünüb və onun bir hissəsini o idarə edib. Onun sözlərinə görə, bu gün idarəçilərə qarşı tədbr görülməsi ilə bağlı tələblər səslənir, amma bu düz deyil: «İndi bu gün kimisə günahkar çıxardaq burada, tutaq ki, Arazı, Rasimi («Diqlas»ın digər hissəsini idarə edir) tutsunlar, bununla məsələ həllini tapmır. Biz idarə edən adam olmuşuq, bilirsiniz buranın sahibkarları var».
A.Rəhimov bildirib ki, sahibkarlar və TM rəhbərliyi bu vəziyyətdən çıxmaqda bir-birinə kömək olmalıdır: «Lazımdır ki, əl-ələ verək, bir-birimizə dəstəak verək, mən bu gün gedb sahibkarlarla görüşəcəm və məsələni müzakirə edəcəyik».
Eləcə də bax: «Kimə nə borcunuz var, yazın verin» - İcra hakimiyyətindən - «Diqlas»da mağazası yanan sahibkarlara - TƏKLİF
A.Rəhimov bildirib ki, kənar yerdən, o cümlədən sığortadan dəstək olmayacaq: «Heç kimin sığortası yoxdur, sizin malınız yanıb, mənim də obyektim. Bizə pul verməyəcəklər, çünki sığortamız yoxdur. Tutaq ki, 25 milyon manat buranın qiyməti varsa, sizin də hərənizin 1000-5000-10000 manatlıq malınız yanıbsa, deməli siz də elə bizim qədər zərər çəkmisiniz».
A.Rəhimov vəziyyətdən çıxış yolu üçün planı açıqlayıb: «Çıxış yolu budur ki, sahibkarlarla (yəni «Diqlas»ın sahibləri ilə – FED.az) görüşək, buranı təmir edək, və bu camaat da yığışsın içərisinə, batan pullarını çıxarmayana qəər onlardan pul alınmasın. Bunun başqa yolu yoxdur».
Sahibkarlar Araz Məmmədovu ticarət mərkəzində icarə haqları yığılsa da, mərkəzi sığortalamamaqda ittiham ediblər, o isə bildirib ki, bu barədə qərarı TM-in sahibləri verib: «Sahibkar sığortalamayandan sonra mən nə edə bilərəm».
Onun sözlərinə görə, indi əsas məsələ sahibkprlarla görüşməkdir: «Onlardan soruşaq ki bizə dəstək olurlarmı, olmurlarsa, mən də sizə qoşulacam».
A.Rəhimov sahibkarlara bildirib ki, TM-in digər idarəçisi olan Rasim adlı şəxslə də danışsınlar, amma sahibkarlar bildirib ki, həmin şəxs «sizin malınız yanıb, mənim obyektim» deyərək yardımdan imtina edib. Cavamında A.Rəhimov bildirib ki, onu və Rasimi həbs etməklə məsələ düzəlməyəcək: «Sahibkarlarla görüşə gedirəm, müzakirə edib həll yolu taparıq».