Qaradağ rayonun daş karxanasında fəhləni cərəyan vurması nəticəsində ölüb.
Eləcə də bax: İşçiləri sığortalamaq neçəyədir? - PEŞƏLƏR, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, prokurorluqdan verilən məlumata görə, iyulun 7-i saat 16 radələrində rayonun Gülbaxt adlanan ərazisində yerləşən daş karxanasında 1981-ci il təvəllüdlü Vəli Quliyev ölüb.
Məlum olub ki, “Araz Mİ” MMC-yə məxsus daş karxanasında fəhlə işləyən Vəli Quliyevin “Zil” markalı qaldırıcı kran tipli yük avtomobilinin mühərrikindən ayrılmış elektrik naqilini birləşdirən zaman elektrik cərəyanının vurması nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.