Malatyada bir binanın dağılması nəticəsində 4 tələbəmiz dağıntılar altında qalıb.
FED.az biznes və maliyyə xəbərləri portalı "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib.
ARB24-də danışan diplomat bildirib ki, günortaya yaxın həmin tələbələrin dağıntılar altından çıxarılması üçün qazıntı işləri aparılırdı. Lakin yandakı iki binanın uçması nəticəsində xilasetmə işləri dayandırılıb.
Səfir bildirib ki, başqa tələbələrin hamısı ilə demək olar ki, əlaqə saxlanılıb. R.Məmmədovun sözlərinə görə, bir nəfər istisna olmaqla başqa pis xəbər yoxdur.