Çinin Tibet Muxtar Rayonunda baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı artır.
FED.az xəbər verir ki, yeraltı təkanların səbəb olduğu dağıntılar nəticəsində ölənlərin sayı 95-ə, xəsarət alanların sayı 130-a çatıb.
***
Çinin Tibet Muxtar Rayonunda baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 53-ə çatıb.
FED.az xəbər verir ki, yeraltı təkanların səbəb olduğu dağıntılar nəticəsində 62 nəfər xəsarət alıb. Təxminən min evə ziyan dəyib. Yeraltı təkandan sonra Çin Zəlzələ Administrasiyası bölgədə 2-ci dərəcədə fövqəladə reaksiya elan edib. Təbii fəlakət bölgəsinə əlavə qüvvələr cəlb olunub. Ümumilikdə, axtarış-xilasetmə işlərinə 1500 nəfər cəlb olunub. Çadır, çarpayı, isti geyimlər və digər lazımi vasitələr zəlzələ bölgəsinə göndərilib. Proses davam edir. Evləri dağılanlar müvəqqəti məntəqələrdə, o cümlədən çadırlarda yerləşdirilir.
Zəlzələnin episentrinin yerləşdiyi Dinqri rayonunda 61 min adam yaşayır. (Azərtac)