Çində son günlər sürətlə yayılan koronavirus təhlükəsi səbəbindən daha iki şəhər bağlanıb.
Eləcə də bax: Səhiyyə Nazirliyindən "təhlükəli virus" ilə bağlı - ƏHALİYƏ MÜRACİƏT
FED.az xəbər verir ki, 7,5 milyon əhalisi olan Xuanqan və 500 min nəfər əhalisi olan Çibi şəhərləri yanvarın 24-dən etibarən karantinə götürülür. Bu şəhərlərdə ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq, eləcə də şəhərdən kənara sərnişin daşımaları - avtobus və qatar hərəkəti qadağan ediləcək. Hakimiyyət orqanları əhalidən xahiş edib ki, 50 nəfərdən artıq toplaşmasınlar. Belə toplaşmaların qarşsını almaq üçün isə sözügedən şəhərlərdə bazarlar, parklar, kafe və başqa ictimai yerlər bağlanacaq.
Bu şəhərlərdən şəxsi avtomobillə çıxanlar da epidemioloji yoxlamadan keçəcəklər. Temperaturu yüksək olanlar isə dərhal xəstəxanaya götürülür. Bu şəhərlərin hər ikisi koronavirusun tapıldığı Uxan şəhərinin yaxınlığındadır – həmin şəhər yanvarın 210dən «bağlanıb».
Uxan şəhərinə təyyarı uçuşu da dayandırılıb. «Uxana getməyin, indi orada olanlar isə şəhəri tərk etməsinlər»-deyə Çinin səhiyyə komitəsinin rəhbəri Li Bin bildirib.
Bu şəhərdə də bütün parklar və bazarlar bağlanıb. Küçələr boşdur, insanlar küçəyə qısa müddətə özü də maska ilə çıxıb dərhal da qayıdırlar.
Çində indiyədək yeni virusdan artıq 17 nəfər ölüb, ümumilikdə 613 nəfər yoluxub. Koronavirusla yoluxma halları Tailand, Honkonq, Sinqapur, Makao, Cənubi Koreya, Yaponiya, ABŞ və Tayvanda qeydə alınıb.