“Azərbaycan Hava Yolları” QSC-nin aşağı büdcəli törəməsi – “Buta Airways”ın şirkətinin Gəncə-Moskva reysini yerinə yetirən təyyarəsi Volqoqradda məcburi eniş edib.
Eləcə də bax: "Buta Airways"in təyyarəsi - HAVAYA QALXA BİLMƏYİB - FOTO
FED.az bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, buna səbəb sərnişinlərdən birinin halının pisləşməsi olub. Odur ki J2 9817 nömrəli aviareysi yerinə yetirən kapitan hava gəmisini Bakı vaxtı ilə saat 12:49-da uğurla Volqoqrad beynəlxalq hava limanına endirib.
Sərnişinə tibbi yardım göstərildikdən sonra təyyarə uçuş davam etdiriləcək.