Sərnişinlərdən birinin halının qəfil pisləşməsi ilə əlaqədar olaraq "Buta Airways"in J2 9103 nömrəli aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alınıb. Reys Bakı vaxtı ilə saat 09:40-da uğurlu eniş edib.
FED.az xəbər verir ki, "Buta Airways"dən verilən məlumata görə, təyyarə Bakı-İstanbul marşrutu üzrə reysi yerinə yetirirdi. Göyərtədə 104 sərnişin olub.
Eləcə də bax: “Buta Airways”-dən - açıqlama - UÇUŞLAR DAYANDIRILIR
Xəstə sərnişini tibb əməkdaşlarına təhvil verdikdən sonra təyyarənin ekipajının İstanbula uçuşa hazırlaşacağı gözlənilir.
Apa