Martın 7-də həyata keçirilməli olan Doha-Bakı-Doha aviareysi ləğv edilib.
FED.az Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, “Qatar Airways” aviaşirkətinin yerli vaxtla saat 21:10-da “QR 353” saylı Dohadan Bakıya uçuşu ləğv olunub. Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən “Qatar Airways” aviaşirkətinin yerli vaxtla saat 22:10-da Bakıdan Dohaya olan “QR 354” saylı uçuşu da ləğv edilib. Aviareyslər “Airbus A320-200” təyyarəsi ilə həyata keçirilməli idi.
Doha-Bakı-Doha aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.