Sosial şəbəkələrdə orta yaşlı bir kişinin əllərini spirtləyərək liftin düyməsini ayağı ilə basmasını əks etdirən videogörüntü yayılıb.
Eləcə də bax: Karantin rejimini pozan sahibkarlara qarşı ciddi - TƏDBİRLƏR GÖRÜLÜB
İstifadəçilər həmin şəxsin "BP Azərbaycan" şirkətinin vitse-prezidenti Zaur Paşayev olduğunu iddia ediblər.
FED.az məlumat verir ki, şirkətin mətbuat katibi Tamam Bayatlı "Qafqazinfo"ya açıqlamasında bildirib ki, yayılan video şirkətin binasında baş verməyib: "Biz araşdırdıq, həmin yer bizim bina deyil, o bizim ofisin lifti deyil. Bəlkə də hansısa yaşayış binasıdır. Videoda görünən şəxsin kimliyini isə araşdırırıq. Amma biz şirkət olaraq kimliyindən asılı olmayaraq bu cür hərəkəti düzgün hesab etmirik".
T.Bayatlı bildirib ki, hazırda Zaur Paşayev gərgin formada iş başında olduğundan onunla əlaqə saxlayıb dəqiqləşdirmə apara bilməyiblər.