Agentlikdən faktla bildirilib ki, qeyd olunan qida məhsulu “Bon Appetit 1998 bakery” MMC-yə məxsus istehsalat sexində hazırlanıb.
Agentliyin əməkdaşları qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin istehsalat sexində yoxlama həyata keçirib, aşkarlanmış qanun pozuntuları ilə bağlı müəsssisə rəhbəri inzibati məsuliyyətə cəlb edilib:
“Bundan əlavə, müəssisənin rəhbərliyinə qida təhlükəsizliyi və sanitariya-gigiyena qaydalarına əməl olunması ilə bağlı tövsiyələr, sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi ilə bağlı göstərişlər verilib, qanunvericiliyin tələbləri izah edilib. Agentlik tərəfindən həmin müəssisə nəzarətə götürülüb”.