Gecə saatlarında yağan güclü yağış paytaxtı sel-su altında qoyub.
FED.az xəbər verir ki, yağıntının ən çox düşdüyü yerlərdən biri də Bakının Qaradağ rayonu olub.
Belə ki, Lökbatanda yerləşən “Binə” ticarət mərkəzinin dayanacağını su basıb. Səhər ticarət mərkəzinə gedənlər avtomobillərini saxlamaq üçün yer tapa bilməyib.
Mağaza sahibləri, satıcılar suyun bəzi mağazalara dolduğunu bildirir.
Qeyd edək ki, hər dəfə güclü yağış yağarkən ticarət mərkəzində eyni problem ortaya çıxır.
Oxu