Bərdədə ticarət obyektlərində yanğın baş verib. 
FED.az xəbər verir ki, Bərdə şəhərinin Üzeyir Hacıbəyov küçəsində ümumi sahəsi 2000 m² olan, bir dam altında bir-birinə bitişik tikilən, müxtəlif təyinatlı obyektlərin (qalayçı sexi və mebel mağazaları) yanar konstruksiyaları 590 m² sahədə yanıb. 
FED.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tikililərin qalan hissəsi və yaxınlıqdakı məktəb binası yanğından mühafizə olunub. 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bərdədə ticarət obyektlərində yanğın - RƏSMİ AÇIQLAMA
 
                            
                            
                        
                            11:47
                            21 İyul 2019
                        
                        

 
            

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








