Bərdədə saxta əsginas dövriyyəsində şübhəli bilinən şəxslər polislər tərəfindən saxlanılıblar.
Bakıda banka saxta dollar satan - ƏCNƏBİLƏR YAXALANDI
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan FED.az-a verilən məlumata görə polis əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlər nəticəsində saxta əsginas dövriyyəsində şübhəli bilinən Ağdam rayon sakini Ağadadaş Ağayev Bərdə rayonu ərazisində saxlanılıb.
Bakı sakini saxta pullara görə həbs edildi - 20 VƏ 100 MANATLIQLAR
Onun üzərindən 13 ədəd, həmçinin ayrı-ayrı şəxslərə satdığı 4 ədəd 100 dollarlıq saxta əsginaslar aşkar edilib. Araşdırmalarla onun həmyerlisi olan Rövşən adlı şəxsdən saxta əsginasların hər birini 75 manat pul müqabilində aldığı müəyyən edilib.
Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Rövşən İbrahimov da Bakı şəhəri ərazisində saxlanılaraq şöbəyə gətirilib. Üzərinə baxış zamanı ondan da 2 ədəd 100 dollarlıq saxta əsginas aşkar edilərək götürülüb.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, adıçəkilənlər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Həmin şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.