Rusiya Müdafiə Nazirliyi İl-76 hərbi nəqliyyat təyyarəsinin Belqorod vilayətində qəzaya uğramasını təsdiqləyib.
FED.az xəbər verir ki, Rusiya MN-dən verilən açıqlamada bildirilib ki, bu gün saat 11.00 radələrində Belqorod vilayətində İl-76 təyyarəsi qəzaya uğrayıb.
Qeyd olunub ki, İl-76 təyyarəsinin göyərtəsində dəyişdirilmək üçün Belqorod vilayətinə aparılan Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbçisi, 6 ekipaj üzvü və onları müşayiət edən 3 nəfər olub.
***
Belqorodda Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb, 63 nəfərin öldüyü bildirilir.
FED.az xəbər verir ki, Rusiyanın “112” teleqram kanalının məlumatına görə, qəzaya uğrayan “İl-76” hərbi nəqliyyat təyyarəsində 63 nəfər olub. Onların hamısının həlak olduğu bildirilib.
***
Rusiyanın İl-76 təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.
Bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, hərbi-nəqliyyat təyyarəsi olan İl-76 Belqorod vilayətinin Koroçansk rayonunda qəzaya uğrayıb.
"Koroçansk rayonunda insident baş verib. Hazırda Fövqəladə Hallar Nazirliyinin istintaq qrupu və əməkdaşları hadisə yerində işləyir. İş qrafikimi dəyişib əraziyə gedirəm. Bütün təfərrüatlar barədə daha sonra məlumat verəcəm ", - deyə Belqorod vilayətinin qubernatoru Qladkov "Telegram" kanalında yazıb. (Apa)