Belçika Krallığından azərbaycanlılar Nəsibov Sənan Cəfər oğlu, Salahov Səlahəddin Sabir oğlu və İsayeva Nazilə İsa qızı deportasiya olunublar.
FED.az xəbər verir ki, “Report”un Benelüks ölkələri üzrə bürosunun verdiyi məlumata görə, azərbaycanlılardan biri Azərbaycan, biri Özbəkistan, digəri isə Ukrayna vətəndaşıdır.
Onların deport olunmasına səbəb yaşamaq izni ilə bağlı müraciətlərində yerli qanunvericiliyin tələblərinə ciddi əməl etməmələridir. Belə ki, müraciət edən azərbaycanlılar miqrasiya nümayəndələrinə yanlış məlumat veriblər.
Eləcə də bax: Konstitusiya Məhkəməsi Ali Məhkəmənin daha bir qərarını - LƏĞV ETDİ