Hadisə

“Bazarstore”un avtomobili - ADAM VURUB ÖLDÜRÜB

“Bazarstore”un avtomobili - ADAM VURUB ÖLDÜRÜB | FED.az
09:36 22 Yan 2020

Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib.

FED.az xəbər verir ki, hadisə yanvarın 21-də saat 19 radələrində, Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Eləcə də bax: "Optimal Elektronika" MMC-nin yük maşını aşıb, şirkətin əməkdaşları - XƏSARƏT ALIB

Belə ki, 1987-ci il təvəllüdlü, Xırdalan şəhər sakini Nicat Abbasov “Bazarstore” MMC-yə məxsus etibarnamə ilə idarə etdiyi “Hyundai H 100” markalı avtomobillə hərəkətdə olan zaman yaşlı naməlum kişini vurub. Nəticədə kişi hadisə yerində ölüb.

Faktla bağlkı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Report

Digər xəbərlər

Banner