Banner

Hadisə

“Bazarstore”a hücum edən şəxs - SAXLANILIB

“Bazarstore”a hücum edən şəxs - SAXLANILIB | FED.az
22:41 25 Yan 2020

Bakıda 42 yaşlı kişi "Bazarstore" mağazasına bıçaqla basqın edib.

Eləcə də bax: Əhali ən çox hansı marketdən alış-veriş edir? – SİYAHI – ARAŞDIRMA

FED.az biznes portalı "Report"a istinadən məlumatına görə, hadisə bu gün saat 18:50 radələrində, paytaxtın Suraxanı rayonu, Malik Mustafayev və Elxan Həsənov küçəsinin kəsişməsində yerləşən ünvanda qeydə alınıb.

Eləcə də bax: «Bravo» bizdən hər məhsula görə - 500 MANAT İSTƏYİR» - İŞ ADAMI

Belə ki, 1978-ci il təvəllüdlü Tamin Məmmədov "Bazarstore" mağazasına daxil olaraq satıcını bıçaqla hədələyib, kassadan pul tələb edib. Bu zaman həmin ərazidə olan Suraxanı Rayon Polis İdarəsinin Post-Patrul Xidmətinin (PPX) əməkdaşlarının çağırış üzrə hadisə yerində çevik tədbirləri nəticəsində T.Məmmədov saxlanılıb.

Daha sonra T.Məmmədov 31-ci Polis Bölməsinə təhvil verilib.

Fakt üzrə araşdırma aparılır.

Digər xəbərlər

Banner