Oktyabrın 13-də səhər saat 09:30 radələrində Səbail rayonu ərazisində, Badamdar-20-ci sahəni birləşdirən yolda yeni sürüşmə hadisəsi qeydə alınıb.
FED.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.
Baş verən sonuncu sürüşmə nəticəsində istinad divarının böyük hissəsinin dağıldığını vurğulayan Ə.Qaralov deyib ki, torpaq qatı asfaltın üstünə qədər gəlib. Sürüşən torpaq qatının eni 250, uzunluğu isə 200 metrdən çoxdur. Sürüşmə qatının hündürlüyü 15 metrdən çoxdur və biz oraya gedə bilmirik.
Nazirliyin təmsilçisi yolun alt hissəsində olan evlər üçün təhlükə olmadığını, üst hissədəki evlərin sakinlərinin isə dünəndən həmin ərazidən çıxarıldığını bildirib.