Hadisə

Baş əməliyyat müvəkkili - YOL QƏZASINDA ÖLDÜ

Baş əməliyyat müvəkkili - YOL QƏZASINDA ÖLDÜ | FED.az
13:32 6 Yan 2020

Şəmkirdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

FED.AZ-ın məlumatına görə, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Əhmədov Tural Telman oğlunun idarə etdiyi "Fiat Doblo" avtomobili aşıb. Qəza zamanı sürücü hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Tural Əhmədov Şəmkir rayon Polis Şöbəsinin Zəyəm bölməsinin baş əməliyyat müvəkkilidir. 

Faktla bağlı araşdırma aparılır.

APA

Digər xəbərlər