Azərbaycanda sifarişli qətllər həyata keçirən məşhur killer Rusiyada saxlanılıb. Moskva hüquq-mühafizə orqanları tərəfindən saxlanılan İlya Şabanovun bankirlərin qətlində ixtisaslaşdığı bildirilir.
Rusiya mətbuatında adı “təhlükəli cinayətkar” olaraq keçən Şabanov “bankir qatili” ləqəbi ilə tanınır və 2012-ci ildə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən bir neçə maddə ilə beynəlxalq axtarışa verilib.
Hazırda onun ölkəsinə ekstradisiyası məsələsinə baxılır.
Killer biznesmen Rauf Həsənovun qətlindən sonra axtarışa verilib. Bir qrup şəxs tərəfindən həyata keçirilən qətlin ortaqlarından biri də Fərhad Süleymanov olub. O, ölkəni tərk etmək istəyərkən saxlanılıb və digər cinayətkarları da ələ verib. Məlum olub ki, killerləri qurbanla 5 milyon dolları bölüşmək üstündə razılaşa bilməyən Mustafa Aslanov adlı şəxs tutub.