Qubada banka məxsus avtomobili qaçıran rayon sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, noyabrın 6-da Quba Rayon Polis Şöbəsinə banklardan birinə məxsus “Lada Priora” markalı nəqliyyat vasitəsinin qaçırıldığı barədə məlumat daxil olub.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili saxta dövlət qeydiyyat nişanları ilə idarə edən rayon sakini Bəxtiyar Bağırovun yeri qısa müddət ərzində müəyyən olunub. B.Bağırov qaçmağa cəhd etsə də, polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib.
Faktla bağlı cinayət işi başlanılıb. İstintaq tərəfindən Bəxtiyar Bağırovun başqa cinayət hadisələrində iştirak edib-etmədiyi araşdırılır.