Balakəndə əhaliyə məxsus fındıq bağlarında yanğın olub.
FED.az xəbər verir ki, dünən günorta saatlarında rayonun Talalar kənd inzibati ərazisində kənd sakinlərinə məxsus fındıq bağlarında yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən Rayon Dövlət Yanğından Mühafizə hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.
Yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində üç ailəyə məxsus, ümumi sahəsi 3 hektar olan fındıq bağında kol-kos, quru ot, xəzəl və bir-neçə fındıq ağacı yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.