Yanvarın 1-i saat 18 radələrində “Baku City Karting” əyləncə mərkəzində faciəvi hadisə baş verib.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Əhəd Yaqubov küçəsi 15-də yerləşən mərkəzdə paytaxt sakinləri - 2008-ci il təvəllüdlü Kamal Anar oğlu Səfərlinin və 2009-cu il təvəllüdlü Fatimə Bəhlulzadənin idarə etdiyi kartinq maşınları toqquşub.
K.Səfərli aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.










