Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi öz ölkəsinin vətəndaşlarına Bakıda ehtimal olunan terror aktı barədə xəbərldarlıq edib.
FED.az xəbər verir ki, bu barədə məlumat səfirliyin saytında ingilis dilində ABŞ vətəndaşlarına müraciət formasında yayımlanıb.
ABŞ-ın Azərbaycandakı səfirliyi elan edib ki, səfirlik Bakıda potensial terror aktları və xarici vətəndaşların, o cümlədən ABŞ vətəndaşlarının oğurlanması ilə bağlı potensial terror aktları barədə dəqiq məlumat alıb.
Səfirliyin məlumatına görə, belə hallar «J.W. Marriott Absheron» kimi otellərdə və başqa potensial yerlərdə baş verə bilər. Səfirlik ABŞ vətəndaşlarına tövsiyə edir ki, amerikalıların və başqa xaricilərin toplaşdığı yerlərdə maksimum ehtiyatlı olsunlar.
Səfirlik öz vətəndaşlarına bir sıra məsləhətlər verib. Bura aiddir:
Ehtiyatlı və sayıq olmaq
Kütlədən kənarda olmaq
Diqqət mərkəzinlə olmamaq
Ətrafında kimlərin olduğuna diqqət yetirmək
Xaricilərin tez-tez olduğu yerlərdə diqqətli olmaq
Yerli mediada məlumatları izləmək.
«Səfirlik təhlükəsizlik sahəsindəki vəziyyəti izləməkdə davam edir və ehtiyac yaranarsa, əlavə məlumat verəcək»-deyə məlumatda bildirilir.