Bir neçə dəqiqə əvvəl Bakıda zəlzələ hiss olunub. Mənzillərdə lüsturların yelləndiyi müşahidə edilib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi hələlik bu barədə məlumat yaymayıb. Zəlzələnin rayonlarda da hiss olunduğu bildirilir. Hazırda da xırda təkanlar davam edir.
Qeyd edək ki, İran-İraq ərazisində 7.2 bal gücündə zəlzələ qeydə alınmışdı.
marja.az
Bakıda zəlzələ oldu
00:24
16 Noy 2017